Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
«Pik saatlarda yüklənmənin tamamilə aradan qaldırılması qısa müddətdə mümkün deyil. Əsas problem sərnişinlərin çoxluğundan daha çox, alternativlərin məhdud olmasıdır. Hazırda hansısa “möcüzəvi həll” gözləmək düzgün deyil. Pik günlərdə yüklənmələr qaçılmaz olacaq. Problem sərnişin sayının çoxluğunda deyil, alternativlərin kifayət qədər olmamasındadır”.
Nəqliyyat eksperti Anar Əliyev bunu 525.az-a deyib. Ekspertin sözlərinə görə, Abşeron dairəvi dəmir yolu sərnişinlər üçün əlavə imkan yaratsa da, onun hərəkət intervalını metro ilə müqayisə etmək mümkün deyil.
Ekspertin fikrincə, vəziyyətin dəyişməsi üçün 2030-cu ilə qədər metro şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, tramvay sisteminin də yaradılması vacibdir:
“2030-cu ilə qədər yeni metro stansiyaları ilə yanaşı, tramvay sisteminin də istifadəyə verilməsi vacibdir. O zaman yük yalnız iki nəqliyyat növünün üzərində qalmayacaq”.
Sevinc Qarayeva