“Problemlər xalqı görməməyimizdən irəli gəlir Pezeşkian

31.01.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bugünkü cəmiyyətdəki problemlər İmam Xomeyninin tövsiyələrinə düzgün əməl etməməyimizdən və xalqı görməməyimizdən irəli gəlir".
Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian hökumət üzvləri ilə birlikdə İmam Xomeyninin məzarını ziyarət etdikdən sonrakı çıxışında bildirib.
"Çıxışlar edərkən həmişə mərhum İmama istinad edirəm və xarici mənbələrə istinad edə bilmirəm, çünki deyirlər ki, o, Qərbdən təsirlənib...

Əgər davranışımızı əmr edilənlərə və tətbiq etməli olduğumuz şeylərə uyğunlaşdırsaydıq və xalqı bu cəmiyyətin sütunları kimi görsəydik, baş verməməli olan şeyin baş verib acılaşdığı bu nöqtəyə çatmazdıq....

Əgər doğru yolu tutmaq istəyiriksə, xalqla və xalq üçün çalışmalı və xalqa mümkün qədər xidmət etməliyik. Geniş ictimaiyyət bizdən razı qalmadıqda, bir neçə elitanın məmnuniyyəti faydalı olmayacaq. İnsanlar davranışımıza və ədalətimizə baxır...
İnsanların bizdən gözlədiyi şey ədalətə əsaslanaraq hərəkət etməkdir. Heç bir insanın hüquqlarını görməzdən gəlməyə haqqımız yoxdur”.

Prezident bütün vəzifədəkilərin xalqla birlikdə olmağı, xalqa qarşı davranışı dəyişdirməyin vacibliyin vurğulayıb:

“Ədalətli baxış baxımından etnik qruplar, cinslər, irqlər, dillər və inanclar hərəkətlərimizə və qərarlarımıza təsir etməməli və əsas meyar həqiqət və ədalət olmalıdır. Heç bir etnik qrupa qarşı düşmənçilik bizi və müsəlman olduğunu iddia edənləri ədalətli münasibət yolundan yayındırmamalı və ədalətsiz hərəkətlərə sövq etməməlidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью