Problemlərin həllini istəyirikmi? İLHAM ƏHMƏDOV YAZIR

23.01.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Jurnalist maraqlı sual qoyur:  “Niyə bizim deputatlar Türkiyənin millət vəkilləri kimi danışa bilmir? “.

Özü də cavab verir. Amma mövzu maraqlı olduğu üçün mənim də diqqətimi çəkdi.

Bu problem tək deputatlara yox, elə məmurlara, alimlərə, jurnalistlərə  v.s. qruplara da aiddir. Ölkədə kifayət qədər problemlər var. Amma bu problemlərin dərin və sistemli təhlili, həlli üçün təkliflər verilmir.  Olanda da nəzərə alınmır.  Niyə belədir?

Bu bilgi azlığından, cəsarətsizlikdən,  yoxsa biganəlikdən qaynaqlanır?  Hamı gözləyir, ölkə rəhbəri hansısa problemdən danışsın, sonra hamı xorla bu məsələ haqda danışır. Amma heç kim də dərinə getmir, problemin əsl səbəbini demir. Beləliklə, problem yenə də həll edilmir.

Son günlər bir çox adam elm haqqında danışdı, amma təhlil və təkliflər yenə də olmadı. Təbii ki, bu halda nəticə də olmayacaq.

Başqa ölkələrdə də problemlər var, amma orada deputatlar, jurnalistlər, siyasilər, alimlər v..s. bu haqda  açıq danışır, təhlillər və təkliflər verir, problemin həllinə nail olurlar.

Görünür oralarda məmurlar daha məsuliyyətlidir, ictimai rəyi nəzərə alırlar.  Ən əsası isə tənqidə dəyər verirlər, bilirlər ki, bu ictimai dəyr daşıyır, problem varsa, həll edilməlidir, daha  20 il  konservasiya edilməməlidir.

Bizdə hər hansı sahə üzrə azsaylı təhlil və təfliklər olur, amma müvafiq qurumlar heç vaxt buna diqqət etmirlər. Məsələn, təhsildəki ağır durum haqqında daha çox yazılır, danışılır, təkliflər verilir. Amma ETN sanki heç nəyi  görmür, eşitmir. Hətta deputatların təkliflərini də  eşitməzliyə vururlar. Özləri bəzən 1-2 problemdən danışırlar (hansı ki, əvvəlki nazirlərin dövründən qalan problemdir), amma həlli üçün heç nə etmirlər.

Bu nə iş metodur? Təhsilin belə ağır duruma düşməsinin əsas səbəbi məmur məsuliyyətsizliyi, özbaşınalığı, ictimai rəyə biganəliyidir.  Heç vaxt təhsil tariximizdə bu qədər problemlər olmayıb, bu qədər də səriştəsiz təhsil  menecerlərimiz də olmayıb.  Səriştəsiz, səthi qərarlarla ilbəil təhsil daha da pis duruma salınır. Amma deputatların, alimlərin təklifləri eşidilmir. Heç nə də dəyişmir.

Ölkə rəhbəri ictimai nəzarətdən danışır, təhsil menecerləri isə heç deputatları da eşitmək istəmir, nəinki alimi və ya adi vətəndaşı.

Prezidentin bu yaxınlarda postneft dövrü üçün verdiyi narahatlıq yaradan proqnozu da təhsil menecerlərini hərəkərtə gətirmədi.

İlham Əhmədov

Təhsil eksperti, dosent

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью