Problemlərinizi dostlarınıza danışmazdan əvvəl bunu oxuyun...

21.08.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həyatın çətin anlarında insan ilk növbədə yaxınlarından dəstək gözləyir. Lakin psixoloqlar hesab edirlər ki, bütün problemləri hər kəslə bölüşmək doğru deyil. Bəzən yanlış insana açılmaq problemin özündən daha böyük narahatlıq yarada bilər.

İnsanların çoxu başqalarının problemlərini dinləməyə həmişə hazır olmur. Onların öz qayğıları və stressləri qarşı tərəfin yaşadıqlarına kifayət qədər diqqət ayırmasına mane ola bilər. Nəticədə gözlənilən dəstəyi görməyən insan özünü daha tənha və anlaşılmamış hiss edə bilər.

Moderator.az xəbər verir ki, bu barədə "UNİAN" nəşri məlumat yayıb.

Sizin dərdiniz başqasına adi görünə bilər

İnsanlar eyni hadisəyə fərqli reaksiya verirlər. Bir nəfər üçün ciddi problem hesab olunan məsələ başqasına əhəmiyyətsiz görünə bilər. Bu zaman “Buna görə niyə narahat olursan?” kimi reaksiyalar insanın hisslərini daha da ağırlaşdıra bilər.

Paxıllıq edən insanlara qarşı diqqətli olun

Bəzi insanlar başqalarının çətinliklərinə səmimi şəkildə üzülmək əvəzinə, bundan daxilən məmnunluq duya bilərlər. Xüsusilə sizi əvvəllər daha uğurlu hesab edən və həyatınıza paxıllıqla yanaşan insanlar problemlərinizi eşitdikdə bunu özləri üçün bir üstünlük kimi görə bilərlər.

Bəs problemlərinizi kimlə bölüşmək olar?

Hissləri tamamilə öz daxilində saxlamaq da düzgün deyil. Əsas məsələ doğru insanı seçməkdir. Sizi mühakimə etmədən dinləyən, sirrinizi qoruyan və çətin vəziyyətdə yanınızda olan insanlarla danışmaq daha faydalıdır.

Problemlər ciddi və uzunmüddətli xarakter daşıyırsa, yaxınlarla söhbətlə yanaşı, psixoloq və ya digər mütəxəssisdən peşəkar dəstək almaq da daha doğru seçim ola bilər.

Çünki hər dost sirdaş deyil və hər səmimiyyət təhlükəsiz deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью