Problemli kreditlər: bank tələb edir, əhali qaytarmır Problem necə çözüləcək? | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 9 faiz artıb.
Belə ki, 2024-cü il noyabrın 1-nə olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 479.8 milyon manat təşkil edib.
Mərkəzi Bankdan bildirilib ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 9.6 faiz, ötən ilin eyni dövrünə nisbətən isə 8.9 faiz artıb.
Vətəndaşlar isə gecikmiş kreditlərin artmasının səbəbini faizlərin çox olması ilə əlaqələndirirlər.Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib ki, insanlar işsizlik, sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar.
Lakin verilən bu kreditlərin faizləri yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır:"İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb.
Bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür”.Natiq Cəfərli qeyd edib ki, problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma heç bir addım atılmır: “Ümumiyyətlə, Azərbaycanda bank sferasına, kredit siyasətinə diqqət ayırmaq lazımdır.
Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb.
Tam oxu
Xəbəri oxu