Problemli kreditlərin məbləği 10 % artıb

28.10.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528,1 milyon manat təşkil edib.


Missiya.Az
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % azdır.


Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,6 %, son 1 ildə isə 10 % artıb.


Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət avqustun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью