Problemli kreditlərin məbləği cüzi artıb

02.04.2025

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin martın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 1,05%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,3% artıb.

Mart ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6% təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью