Prodüserim evimdən paltarlarımı oğurladı

08.04.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Səidə Dadaşova prodüserinin onun geyimlərini oğurladığını iddia edib. 

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Günə bax" verilişində deyib. O bildirib ki, götürdüyü prodüser onu müğənni etməsini istəyib:

"Onu geyindirirdim, sonra gördüm ki, müğənni olmaq istəyir. Salona məndən əvvəl gedirdi, evimdən paltarlarımı oğurladı. Mənə dedi ki, başqası olsaydı mənə müğənni olmağa kömək edərdi. Onu Gülyanaq və Gülyaz bacılarından birinin yanına apardım. Amma dedilər ki, bu insan heç nə bilmir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью