Prodüserindən 17 milyon təzminat aldı

05.09.2026

Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Oleq Qazmanov keçmiş prodüseri Filipp Rossandan təzminat alıb.

Axşam.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, dələduzluqda ittiham olunan keçmiş prodüser sənətçiyə 17,5 milyon rubl (təxminən 370 min manat) məbləğində zərəri ödəyib.

Filipp Rossanı martın əvvəlində həbs ediblər. O, xüsusilə külli miqdarda dələduzluqda və musiqi əsərlərinin müəllif hüquqlarını pozmaqda ittiham olunur.

Qeyd edək ki, 75 yaşlı Qazmanov daha əvvəl xoşagəlməz hadisə ilə də gündəmə gəlmişdi. Sənətçinin studiyasını su basıb. Nəticədə avadanlıqlar sıradan çıxıb, yubiley konserti üçün hazırladığı yeni mahnı və aranjimanlar zərər görüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью