Icma.az, Qaynarinfo saytına istinadən bildirir. 2026-cı ildə dövlət büdcəsi haqqında qanun lahiyəsinə görə, icbari tibbi sığortaya 900 milyo
Bu 2025-ci ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır.
2026-ci ildə bu sahədə yeniliklərdən biri də heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslərlə bağlı olacaq.
Belə ki, növbəti dəfə qanuna dəyişiklik edilməyəcəyi təqdirdə, gələn ildən onlar üçün icbari tibbi sığortanın xidmətlərinin ödənişli olması nəzərdə tutulub.
Tibbi ekspert, professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi prosesi əslində hazırlıqsız baş verib: "Randevu sistemi qurulmadan, əhalinin icbari tibbi sığorta xidmətlərinə olan potensial ehtiyacını və bu xərcləri örtəcək vəsaitin miqdarı hesablanmadan icbari tibbi sığortaya başlanılıb.
Bu həkimlərin fədakarlığı hesabına həyata keçdi. Bu cür Azərbaycansayağı sığorta özünü doğrulda bilməzdi.
Qardaş Türkiyədə 2012-ci ilə qədər bəzi xidmətlər dövlətlə vətəndaş arasında bölünürdü.
Bizdə icbari tibbi sığorta ilk növbədə az gəlirli əhali hissəsinə - işləməyən şəxslərə, tələbələrə, pensionerlərə hesablanmalı idi.