Professor: Azərbaycanın flora və bitkilik örtüyünün tədqiqində mühüm elmi nəticələr əldə olunub

02.07.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycanın tanınmış botanika və geobotanika alimi, professor Elşad Qurbanovun elmi fəaliyyəti ölkənin flora və bitkilik örtüyünün öyrənilməsi sahəsində mühüm nəticələrlə yadda qalıb.

Professor Elşad Qurbanov AZƏRTAC-a bildirib ki, o, ilk dəfə Azərbaycan ərazisi üçün morfoloji və ekoloji xüsusiyyətləri, fitosenoloji quruluşu və fizionomik əlamətləri ilə fərqlənən “psevdomakki” bitkilik tipini müəyyən edib. Apardığı tədqiqatlar nəticəsində ərazi üçün 15-dək bitki növünün yeni yayılma arealları müəyyənləşdirilərək elmə təqdim olunub.

E.Qurbanov vurğulayıb ki, onun tərəfindən Azərbaycanın flora və bitkiliyinin genezisi də dəqiqləşdirilib. Bu tədqiqatların nəticələri əsasında endemik, relikt, nadir rast gəlinən və nəsli kəsilmək təhlükəsi altında olan bitki növlərinin və bitki birliklərinin mühafizəsi ilə bağlı təkliflər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Bundan əlavə, torpaqların geobotaniki tədqiqi metodikası və torpaqların qiymətləndirilməsi ilə bağlı elmi tövsiyələr Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью