Professor: Bakıda keçirilən konfrans Vyetnam ilə Azərbaycan arasında ədəbi əlaqələrin inkişafında mühüm rol oynayacaq AZƏRTAC

17.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Bakıda “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans Vyetnam və Azərbaycan arasında ədəbi əlaqələrin dinamik inkişafı üçün müstəsna rol oynayacaq.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu beynəlxalq konfransın iştirakçısı, Vyetnamın Hanoy Universitetinin professoru Nguyen Van Çien bildirib.

Aktual məsələlərin müzakirəsi baxımından Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq konfransı yüksək qiymətləndirən qonaq bu tədbirin bütün iştirakçılar üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. O, tədbirdə “Vyetnam və İtalyan xalqlarının ədəbiyyat və həyat tərzinə müqayisəli yanaşma” mövzusunda məruzə ilə çıxış etdiyini deyib.

Azərbaycanda ilk dəfə səfərdə olduğunu qeyd edən Nguyen Van Çien Bakıda qədim ənənələrin müasirliklə ahənginin onda xoş təəssüratlar oyatdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью