Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifa…
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının binasına daxil olanda adamın üzünə sanki işıq doğur. Bu, elmin və elm adamlarının işığıdır.
Burada addım atdıqca keçmişin dahilərinin izi duyulur, gələcəyin elmi kəşflərinə aparan yollar görünür.
Bu böyük elm məbədinin mühitində insanın elmə olan sevgisi daha da güclənir, yeni biliklərə olan marağı artır.
Akademiyanın köhnə, amma möhtəşəm divarları sanki minlərlə alimin zəhmətini, fikirlərini və ümidlərini özündə yaşadır.
Belə alimlərdən biri - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor, Xəzər Universitetinin müəllimi Bədirxan Əhmədli AZƏRTAC-ın suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.-Bu günədək ədəbiyyatşünaslıq sahəsində qazandığınız ən böyük uğur nə olub?-Bilirsiniz, bəlkə də bu gün mənim də məşğul olduğun ədəbiyyatşünaslıq, ədəbi tənqid kimlər üçünsə dar və məhdud bir sahə kimi görünsün.
Ancaq nəzərə alaq ki, milli ədəbi fikir tarixində məhz ədəbiyyatşünaslıq və tənqidlə xalqın qəlbində özünə abidə ucaldan maarifçilər, elm adamları çox olub.
Tam oxu
Xəbəri oxu