Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib

23.04.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında filologiya elmləri doktoru professor Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi”, (3 cilddə) “Zamanın yaddaşı ədəbi diskurslar”, “Bir ömrün missiyası” və “Rabindrat Taqor: Nobelə gedən yol” kitablarının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə professor Asif Rüstəmlinin “Bədirxan Əhmədlinin ədəbiyyatşünas alim ömrünün portret cizgiləri” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, professorlar Qəzənfər Paşayev, Hamlet İsaxanlı, Məmməd Əliyev, Məhərrəm Qasımlı, Nizami Məmmədov və başqaları çıxış edərək Bədirxan Əhmədlinin 70 illik ömründə ədəbiyyatımıza və elmimizə verdiyi töhfələrdən danışıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью