Professor Fərid Ələkbərlinin biblioqrafiyası çap olunub

18.04.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 aprel, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin müdiri Qutiyera Cəfərovanın “Ön söz” yazaraq tərtib etdiyi “Fərid Urxan oğlu Ələkbərli” biblioqrafiyası nəşr edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, biblioqrafiyada tarix elmləri doktoru, professor Fərid Ələkbərlinin kitab və monoqrafiyaları, beynəlxalq və yerli dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, həyatı və elmi yaradıcılığı, eləcə də ictimai fəaliyyətini əks etdirən mənbələr yer alıb.

Nəşrin elmi redaktoru akademik Teymur Kərimli, rəyçisi dosent Zəkiyyə Əbilova, naşiri Tural Axundovdur. Biblioqrafiyanı hazırlayan işçi qrupu Nigar İbrahimova və Aytən Musayeva, dizaynerləri isə Səbinə Məmmədova, Vüqar Hacıyev və İsmət Cəfərovdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью