Reyting.az saytına istinadən Icma.az xəbər verir. “İran məhkəmə hakimiyyətinin nümayəndələri ölkədəki son etiraz aksiyaları ilə bağlı çıxışl
Məhkəmə hakimiyyətinin təmsilçisi Cahangiri etirazlar zamanı həbs edilən şəxsləri “Allaha düşmənçilik” kontekstində gündəmə gətirib.
Dini dövlət şəraitində hakimiyyətə qarşı narazılıqlar bir növ Allaha qarşı etiraz kimi təqdim olunur.
Yəni bu yanaşmadan belə nəticə çıxır ki, onlar özlərini Allah statusunda görür və faktiki olaraq Allaha şərik qoşurlar”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev deyib.
Professor əlavə edib ki, İran məhkəmə xadimlərinin açıqlamalarına görə, etirazlar zamanı həbs edilən şəxslər edam oluna bilər.
Onun sözlərinə görə, təxmini hesablamalar iki minə yaxın insanın edam edilə biləcəyini göstərir. C.
Nuriyev bu rəqəmin beş min nəfəri də keçməsini mümkün sayır: “Bu məsələlər daha çox İran rəhbərliyindən asılıdır.