Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 26 may, AZƏRTAC
Orta Doğu Texniki Universitetinin təqaüddə olan professoru, Türkiyə Ali Təhsil Şurasının sabiq sədr müavini professor İsmayıl Tosun Bakı Ali Neft Məktəbində (BANM) qonaq olub.
BANM-dən AZƏRTAC-a bildirilib ki, o, Kimya mühəndisliyi kafedrasının müdiri Rima Quliyeva ilə görüş keçirib. Ona BANM-in fəaliyyəti və tədris prosesi ilə bağlı ətraflı məlumat verilib.
Qonaq ali məktəbin kampus ərazisində olub, müxtəlif laboratoriyaları gəzərək onların avadanlıqları və iş prinsipi ilə yaxından tanış olub.