Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığı səbəbindən ölüb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBIB-dən bildirilib.
"Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yanvarın 24-ü saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
*** 08:56 Professor Nizaməddin Şəmsizadə 70 yaşında vəfat edib. Bu barədə APA-ya onun ailə üzvləri məlumat verib.
Qeyd edək ki, mərhum alim bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona sepsis diaqnozu qoyublar. Yanvarın 23-dən o, süni nəfəs aparatına qoşulub.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubada anadan olub.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib.