Professora yeni vəzifə VERİLDİ

27.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Professor Ələkbər Əliyevə yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, o, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) katibi seçilib.

Ələkbər Əliyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanıdır.

Qeyd edək ki, Şura bu ilin sentyabr ayında yaradılıb. Şuranın sədri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью