Professorun xəbərdarlığı TƏSDİQİNİ TAPDI: Kütləvi yayılan virusdan qorunmaq üçün… FOTO | I…
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Son vaxtlar “Viral” infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.
Bu hal, Mənim hələ 5 iyun 2023-cü ildə etdiyim xəbərdarlığın birbaşa təsdiqidir.
O zaman qeyd etmişdim ki, elmi təhlil, DNT və ya RNT əsaslı epidemik xarakterli viral infeksiyanın növbəti dalğasının 2024-cü ilin payızın son, daha böyük ehtimalla isə, 2025-ci ilin ilk (yanvar-fevral) aylarına təsadüf edəcəyini mütləq şəkildə təsdiq edir”.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Musa Qəniyev bildirib.
O qeyd edib ki, ötən ilin dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, “kataral vəziyyət”, səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan “Viral” infeksiya əksəriyyət evin, ailənin arzuolunmaz qonağıdır.
Həkimin sözlərinə görə, bununla bağlı kəskin bronxit və pnevmoniya kimi ağırlaşmalar artıb: “Həmvətənlərimizi ən çox narahat edən, son günlər Çində eyni klinik simptomlar verən yeni bir virusun – metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil olmaqla, dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur.
Digər xüsusi narahatlığa səbəb olan hal isə, dekabr ayının sonunda Tayvanda Money UDN nəşrində bu virusunun letallıq əmsalının 43%-ə yaxın olması haqqında söylənilən iddiadır.
Tam oxu
Xəbəri oxu