Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda 8 milyon manatdan çox mənimsəmədə təqsirləndirilən türkiyəli şirkət rəhbəri Mehmet Şahanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış edərək Mehmet Şahanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmə təklif edib.
Vəkillər müdafiə çıxışı edərək təqsirləndirilən şəxs barəsində ittihamın məhkəmə dövründə öz təsdiqini tapmadığı üçün Mehmet Şahan barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Mehmet Şahan da son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib. Proses dekabrın 3-ə təyin edilib.
Həmin gün məhkəmədə hökm oxunacaq. Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, "THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” tr
Bizim Telegram kanalımıza abunə olun Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.