Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə pr
APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili son söz üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.
Bundan başqa, bu gün xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “Medera” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən şəxsin 2 il 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib. Məhkəmə martın 6-da davam etdiriləcək.