Prokuror general qızı haqda qərardan protest verdi

16.11.2026

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, protest artıq məhkəməyə təqdim edilib.

Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.

Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bu iş üzrə şikayətçi də ehtiyatda olan generaldır. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayev şikayətçidir.

İttihama görə, T.Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə C.Rzayevdən külli miqdarda pul alıb.

Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın həbs olunması ilə bağlı təqdimatı təmin etməyib. Hakim onun təkbaşına böyütdüyü üçü azyaşlı, biri yetkinlik yaşına çatmayan övladının olmasını, dəymiş ziyanın bir qismini ödəməsini əsas götürüb.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью