Prokuror hospitalın xadiməsinə xəsarət yetirməkdə ittiham olunan Ağadadaş Ağayevə cəza ist…
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atmaqda, hospitalın xadiməsinə x
Bizimyol.info xəbər verir ki, fevralın 27-də Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prok
Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham olunur.
İttihama əsasən, 2024-cü il iyulun 22-də səhər saat 7 radələrində “MedEra Hospital”da onun tibbi yardım çağırışına cavab verilməməsinə biganə münasibətə etiraz olaraq, gözətçi Nurəddin Cəlilovla aralarında insident yaranıb.
İnsident zamanı gözətçiyə balta atıb. Balta hospitalda xadimə işləyən Nəzakət Paşayevanın ayağına dəyib.
Prokuror Ağadadaş Ağayevə münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiq olunmasını təklif edib.
Dövlət ittihamçısı beləliklə, onun 2 il şərti azadlıqdan məhrum edilməsini istəyib.
Ağadadaş Ağayevin işi üzrə növbəti məhkəmə prosesində onun vəkili çıxış edəcək.
Tam oxu
Xəbəri oxu