Prokuror jurnalistə cəza istədi

26.02.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə keçirilib.

Modern.az xəbər verir ki, bu gün Səbail rayon məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə Əziz Orucova cəza istənilib.

Prokuror ona 2 il 6 ay həbs cəzası istəyib

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Bir qədər əvvəl 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью