Prokuror şikayət etdi, həmin ana da həbs olundu

01.10.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tərtərdə və Bakıda yaşadıqları ünvanlarda 6 və 11 yaşlı uşaqlara işgəncə verən 1991-ci il təvəllüdlü ana və sevgilisinin apellyasiya məhkəməsi keçirilib.

Moderator.az Xitab24.az-a istinadla bildirir ki, dövlət ittihamçısı kimi çıxış edən prokuror Tərtər rayon məhkəməsinin qərarından protest verərək ananın da həbsini istəyib.

Məsələ burasındadır ki, ilk instansiya məhkəməsi 24 yaşlı Tural Rüstəmovu 4 il müddətinə və onun sevgilisi, uşaqların anası Çinarəni isə 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Çinarənin himayəsində sevgilisindən 1 yaşlı övladı olduğu üçün onun cəzasının icrası uşağın 14 yaşı olanadək təxirə salınmışdı.

Protest onunla əsaslandırılıb ki, təqsirləndirilən ana üzərinə düşən valideynlik vəzifələrini kobud şəkildə pozaraq himayəsində olan azyaşlı uşaqlara qarşı zorakılıq tətbiq edib. Belə şəraitdə onun valideyn və himayəsində azyaşlı uşağın qalması cəzanın icrasının təxirə salınmasına əsas kimi deyil, əksinə törədilmiş əməlin ictimai təhlükəliliyini daha da artıran hal kimi qiymətləndirilməlidir. Məhkəmənin gəldiyi nəticə faktiki olaraq belə bir vəziyyət yaradır ki, öz uşaqlarına qarşı xüsusi qəddarlıq göstərmiş şəxs məhz uşağının olması səbəbindən real cəza çəkməkdən azad edilir. Bu isə cəzanın, sosial ədalət prinsiplərinə və zərərçəkmiş şəxslərin qanuni mənafelərinə açıq şəkildə ziddir.

Gəncə Apellyasiya Məhkəməsinin prokurorun şikayətini təmin edib. Çinarə məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Çinarə evli olduğu zaman “TikTok”da Turalla tanış olub və sonradan ailə mübahisələrinin olduğunu deyərək, uşaqlarla birgə onunla yaşamağa başlayıb.

Çinarənin əri isə arvadını və uşaqlarını tapa bilmədiyi üçün DİN-in 102 zəng xidmətinə müraciət edib. Həmin günün axşam saatlarında isə Çinarə ərinə zəng edərək, polisə şikayət etməməsini, evə bir daha qayıtmayacağını bildirib.

Bundan sonra 31 yaşlı qadın uşaqları ilə birlikdə sevgilisinin yanında yaşayıb. Amma bu, uşaqlar üçün əsl kabusa çevrilib. Belə ki, uşaqlar nadiclik edəndə həm Tural, həm də Çinarə onlara işgəncələr verib.

Bu işgəncələrin arasında sobada qızdırılmış qaşıqla uşaqların əl, ayaq, üz nahiyəsinə damğa basmaq, onları ac və gecə saatlarında çöldə saxlamaq, iplə çarpayıya bağlamaq, odun, dabankeş və digər vasitələrlə bədənin müxtəlif hissələrinə zərbələr endirmək və s. daxil olub.

İşgəncələrə və iztirablara dözə bilməyən uşaqlar sonda evdən qaçıblar. Onlar küçədə rastlaşdıqları qadının telefonu ilə atalarına zəng edib hadisə barədə məlumat veriblər. Bundan sonra zərərçəkmiş uşaqlar atalarının himayəsinə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью