Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Oktyabrın 1-də İmişli rayonunda da Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci il dönümü və prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu. Bu münasibətlə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, rayon Prokuroru Valeh Səmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri Ümumlli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə dəyirmi masa formatında davam etdirildi.
Tədbirdə çıxış edən İcra başçısı Elçin Rzayev qeyd etdi ki, Milli prokurorluğun əsası 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulmuş və həmin il 1 oktyabrda fəaliyyətə başlamışdır.
Ötən 108 il ərzində , prokurorluq orqanları ölkəmizin keçdiyi müxtəlif siyasi və ictimai mərhələlərdə fəaliyyət göstərmiş, zamanın tələblərinə uyğun olaraq formalaşmış və inkişaf etmişdir. Müstəqil Azərbaycan dövlətinin formalaşması ilə bu sahədə tamamilə yeni mərhələ başlamışdır. Bu mühüm prosesdə Prokurorluğun üzərinə xüsusi məsuliyyət düşürdü. Məhiz həmin dövürdə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi , Hüquq-mühafizə sistemində də ardıcıl və məqsədyönlü islahatların təməli qoyuldu. 1998-ci ildə 1 oktyabr tarixinin Azəbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü kimi müəyyən edilməsi də bu sahəyə dövlət səviyyəsində verilən yüksək qiymət mühüm ifadələrdən biri olmuşdur. Konsepsiyasını uğurla reallaşdıran onun siyasi varisi Prezident İlham Əliyevin hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunmasına yönələn siyasəti öz böyük bəhrəsini verib.Eyni zamanda, kadr korpusunun şəffaf prosedurlar əsasında yeniləndiyini vurğulayan İcra başçısı prokurorluq əməkdaşlarının qanunun aliliyinin təmin edilməsində əzmlə çalışdıqlarını diqqətə çatdırıb.
Rayon prokuroru Valeh Səmədov Azərbaycan prokurorluq orqanlarının yaradılmasının növbəti ildönümü münasibətilə çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü iradəsi və rəhbərliyi ilə ölkəmizdə idarəçiliyin bütün sahələrində şəffaflıq, hesabatlılıq və qanunun aliliyi prensipləri ən yüksək səviyyədə təmin olunur. Dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi xüsusi diqqət və qayğı, idarəçilik sistemində apardığı islahatlar digər dövlət qurumları kimi prokurorluğunda sürətlə modernləşməsinə xidmət edir. Hazırda prokurorluqda kadır potensialı gəncləşdirilir,elektron prokurorluq layihələri uğurla tətbiq olunur, korrupsiyaya, mütəşəkkil cinayətkarlığa və kölgə iqtisadiyyatına qarşı mübarizədə prinsipial və qətiyyətli addımlar atılır.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon şövbəsinin rəisi Ruslan Rəhimov, İmişli regional Ədliyyə idarəsinin rəisi İskəndər Orucov çıxış etdilər. Prokurorluğun əməkdaşlarından bir qrupu İmişli Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edildilər.
Ərəstun ABDULOV
XQ