Prokurorluq 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır

30.09.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Biləsuvarda 11 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, 29 sentyabr tarixində Cəlilabad rayonunun Uzuntəpə kəndində keçirilən mərasimində 11 nəfərin qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edilib ki, həmin şəxslər ambulator müayinədən keçirildikdən sonra evə buraxılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью