Prokurorluq Alveşin bəraəti ilə razılaşmadı

09.04.2025

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bilindiyi kimi, Dani Alveş bir neçə gün əvvəl bəraət alıb. Bu o deməkdi ki, məşhur futbolçu artq azadlığa çıxıb.
Xatırladaq ki, bir qıza gecə klubunda təcavüz etməkdə ittiham olunan Daniel 2023-cü il yanvarın 20-də həbs olunmuş, 2024-cü ilin martında onun üçün 4,5 illik müddətinə azadlıqdan məhrumetmə hökmü verilmişdi. Alveşin hüquqlarını müdafiə edən vəkillər qərardan apellyasiya şikayəti verib, nəticədə o, ötən ayın sonunda 1 milyon avro girov müqabilində sərbəst buraxılıb.
Lakin İspaniyanın Kataloniya Əyalətinin Prokurorluğu Braziliya yığmasının və “Barselona”nın sabiq müdafiəçisinə təcavüzlə bağlı bəraət qazandıran qərardan narazıdı. Bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Kataloniya Prokurorluğu qərara görə İspaniya Ali Məhkəməsinə apellyasiya şikayəti verəcək. Prokurorluğun qənaətinə görə, braziliyalının məhkumluğunun ləğvi İspaniya Cinayət Məcəlləsinin norma və prinsiplərini pozur.
Qeyd edək ki, Ali Məhkəmə Danielə təqsirsizlik prezumpsiyası prinsipinə əsaslanaraq bəraət qazandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью