Prokurorluq Sarkozini şahidə rüşvət verməkdə şübhəli bilir

17.12.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Fransa Milli Maliyyə Prokurorluğu, 2007-ci il seçki kampaniyasının maliyyələşdirilməsi işində şahidə rüşvət verməkdə şübhəli bilinən sabiq Fransa prezidenti Nikola Sarkozi və digər on nəfər üçün yeni məhkəmə prosesi tələb edib.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Prokurorlar Sarkozini mütəşəkkil qrupun tərkibində fırıldaqçılıq etmək məqsədilə cinayətkar təşkilatda iştirak etmək və şahidə rüşvət verməyə kömək etmək və ona təhrik etməkdə ittiham ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью