Prokurorluq Yun Sok Yolu azad etməyi qərara alıb

08.03.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Koreya Prokurorluğu məhkəmənin qərarına apellyasiya şikayəti verməməyi və bununla da Prezident Yun Sok Yolun həbsdən azad edilməsinə icazə verməyi qərara alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Bildirilib ki, Yun Sok Yol ən qısa zamanda azad ediləcək.

Xatırladaq ki, daha əvvəl Cənubi Koreya məhkəməsi Prezidentin həbsini ləğv edib. Fevralda Prezident tərəfi Seulun Mərkəzi Dairə Məhkəməsinə müvafiq ərizə ilə müraciət edib və məhkəmə həbsin qanunsuz olduğuna qərar verib.

Prezidentin vəkili Sok Don Hyon izah edib ki, prokurorluğun apellyasiya şikayəti vermək imkanı olduğu müddətdə prezident azad edilməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью