Prokurorluqda işləmək istəyənlərin diqqətinə!

13.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün bu il noyabrın 19-na nəzərdə tutulmuş yazılı imtahan noyabrın 23-ü tarixinə keçirilib.

İmtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcəkdir.

Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, "Yazılı imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

Buraxılış vərəqəsi və "Yaddaş kitabçası" Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsindəki şəxsi kabinet vasitəsilə əldə edilərək çap olunmalıdır.

Əlavə məlumat üçün 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью