Prokurorluqdan Sumqayıtdakı qətllə bağlı Açıqlama | Icma.az
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Sumqayıt Şəhər Prokurorluğundan bildirilib.
Prokurorluğun araşdırması zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək, arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu