Proqram mühəndisi kimyəvi maddə içərək intihar edib

07.01.2025

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Proqram mühəndisi kimyəvi maddə içərək intihar edib

Ankarada proqram mühəndisi işləyən Yusuf Serdar Yücel evində ölü tapılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, bir müddətdir Yusufdan xəbər ala bilməyən dostları vəziyyəti onun ailəsinə və polisə bildirib.

Polislər məlumat üzərinə Yusufun evinə gedib və qapını açaraq içəri daxil olublar. Axtarış zamanı Yusufun cansız bədəni otağında tapılıb.

Onun meyiti tibbi ekspertizaya göndərilib.

Tibbi ekspertizanın araşdırması zamanı Yusufun kimyəvi maddə içərək intihar etdiyi müəyyən edilib.

Onun cənazəsi məmləkəti Ispartada dəfn mərasimində dəfn edilib.

Hadisə ilə bağlı istintaq davam edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью