Icma.az bildirir, 525.az portalına istinadən.
"«Magistratura təhsilinin müddətinin 2 ildən 1 ilə endirilməsi qlobal təhsil trendləri və milli ali təhsil sisteminin struktur xüsusiyyətləri baxımından olduqca aktual bir məsələdir”.
Bunu Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov 525.az-a deyib.
Onun sözlərinə görə, müasir gənclər üçün 2 il ərzində əmək bazarından və gəlirdən məhrum olmağın alternativ dəyəri çox yüksəkdir və proqramın uzanması təhsili cəlbedici etmir. Lakin bu islahatın beynəlxalq arenada diplomların tanınması problemini yaratmaması və akademik keyfiyyəti qoruması üçün magistratura səviyyəsinin beynəlxalq praktikaya uyğun təsnifatı mütləqdir. Bu çərçivədə, tamamilə praktiki layihələrə əsaslanan peşəkar (tətbiqi və dərs əsaslı) magistratura proqramlarının müddəti 1 ilə endirilməli, gələcəkdə doktoranturaya yönələcək və elmi tədqiqat, arxiv araşdırması, fundamental dissertasiya müdafiəsi tələb edən akademik magistratura proqramlarının 1.5–2 illik strukturu isə qorunmalıdır.
Sevinc Qarayeva