Icma.az bildirir, Modern.az portalına istinadən.
Rusiya Teatr Sənəti İnstitutu (GİTİS) keçmiş azərbaycanlı prorektoru Hümmət Əliyevlə bağlı yeni iddialar səsləndirilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, iddialara görə, GİTİS-in rektoru Sergey İsayevin qətlindən sonra institutun Moskvanın Vorontsov parkı yaxınlığında yerləşən Tədris Teatrı və bir sıra tikililər keçmiş prorektor Hümmət Əliyevə verilib.
Ona bu işdə Moskva hökuməti sədrinin müavini Vladimir Slepakın dəstək göstərdiyi iddia edilir. Hümət Əliyevlə birlikdə onun oğlu Emil Əliyev, Eldar Mirvət oğlu Əliyev, Maksim Sərdarov və Viktor Lutsenko adlı şəxslərin də maliyyə cinayətində şübhəli bilindiklərinə dair iddialar var.
Xatırladaq ki,Hümmət Əliyev Azərbaycanda doğulub və əmək fəaliyyətinin ilk illəri Bakı ilə bağlı olub. O, 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, daha sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış edib. Əliyev Bakıda Xoreoqrafiya Məktəbində müəllim işləyib və 1990-cı ildə Bakıdan Moskvaya köçüb.
O, Moskvaya gedərək GİTİS-in baletmeyster fakültəsində oxuyub. Həmyerlimiz əsas ixtisasının klassik rəqs olduğunu, daha sonra hüquq təhsili aldığını bildirib. O, GİTİS-də prorektor vəzifəsinə 1994-cü ildə təyin olunub. Hümmət Əliyev inzibati-təsərrüfat işləri ilə yanaşı, klassik rəqs və hüququn əsaslarından dərs deyib.
Müsahibəsində Bakının son səfərləri zamanı dəyişdiyini, şəhərin təmizliyi, fəvvarələri və uşaqların çoxluğunun diqqətini çəkdiyini də qeyd edib.