Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Rusiya-Ukrayna müharibəsi görsəndiyinin əksi olaraq xeyli müddətdir davam edir.
Bəzi şəxslərin böyük hissəsi hesablayırdı ki, Rusiya bir və ya iki həftəyə Ukraynanı işğal edəcəklər, paytaxt Kiyev şəhərini alacaqlar və müharibə yekunlaşacaq".
Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, müharibənin gedişində Qərbin və NATO-nun Ukraynaya olan dəstəyi bu ehtimalları sıfıra endirdi və hələ də bu müharibə davam etməklə hər iki ölkəyə çox ciddi ziyanlar vurur: "NATO-nun və Qərbin Ukraynaya olan həm maddi, həm də göstərdiyi digər böyük dəstəklər və Ukrayna ordusunun əzmi müharibəni uzatdı.
Hal-hazırda da müharibə ilə bağlı dəqiq fikir söyləmək və ABŞ prezident Donald Tramp seçkiqabağı kampaniyalarında da demişdi ki, Rusiya-Ukrayna arasında olan müharibəni dayandıracam, lakin Amerika dövləti hələ də bunu bacara bilmədi.
Ona görə ki, Rusiya bütünlükdə istəyir ki, Ukraynada hakimiyyət dəyişikliyi olsun.
Ukrayna müharibədən əl çəksin və Rusiyanın Ukraynadan aldığı torpaqları öz nəzarətində qalsın.