Prosesi süni yolla uzatmaq üçün hər şey edirlər Talassemiyalı uşaqlara yığılan pulu mənims…
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Aynur Bayramovanın prosesdə iştirak edə bilmədiyi bildirilib.
Hakim təqsirləndirilən şəxsin iştirak etməməsini məhkəmə prosesinin süni şəkildə uzadılması kimi qiymətləndirib: "Mən belə başa düşürəm ki, təqsirləndirilən şəxslər bu işi süni yolla uzatmaq üçün hər şeyi edir.
Təqsirləndirilən Aynur Bayramova dünən saat 23-də özünü narahat hiss etdiyini bildirib və müalicə müəssisəsinə aparılıb.
Buna görə də, hazırda iclasda iştirak etmir. Onun daha öncə prosesdə də ürəyi getmişdi.
Amma bu kimi hərəkətlər ədalətli qərarın verməsinin qarşısını ala bilməyəcək. Başa düşürəm ki, prosesə uzaqdan gələnlər var.
Onlar nəzərə alınacaqlar. Ola bilsin ki, qəqsirləndirilən şəxslər düşünürlər ki, yaşımla bağlı təqaüdə göndərilsəm, yerimə gənc, təcrübəsiz
Tam oxu
Xəbəri oxu