Prosesin kirayə bazarına təsiri də uzun müddət davam edəcək” Əmlak eksperti

23.11.2026

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bakının köhnə çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin sökülməsi kirayə mənzillərin bir hissəsinin bazardan çıxmasına səbəb olur. Sökülən binaların yerində inşa edilən yeni tikililərdə mənzillər isə köhnə binalarla müqayisədə təxminən iki dəfə baha qiymətə kirayə verilir”. 

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev 525.az-a deyib. Ekspert bildirib ki, söküntü nəticəsində evlərini itirən paytaxt sakinləri də kirayə mənzil tutmağa məcbur olurlar. Beləliklə, əvvəllər əsasən tələbələrin və bölgələrdən işləmək üçün gələn şəxslərin müraciət etdiyi kirayə bazarında əlavə tələbat yaranır. Paytaxtda söküntü və yenidənqurma işlərinin 2040-cı ilə qədər davam edəcəyi gözlənildiyindən, bu prosesin kirayə bazarına təsiri də uzun müddət davam edəcək”.

Sevinc Qarayeva 
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью