Proseslər mürəkkəb fazaya keçib: Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər | …
Icma.az bildirir, Sherg.az portalına istinadən. "Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi üzrə biz təkliflər irəli sürmüşük və Azərb
Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli mediaya açıqlamasında deyib.
Baş nazir qeyd edib ki, İrəvan dinc strategiyaya sadiq qalacaq və sülh gündəmini ardıcıl şəkildə həyata keçirməyə davam edəcək: "Bu isə o deməkdir ki, biz aqressiya dili deyil, dialoq dilindən istifadə edəcəyik.
Biz demarkasiya məsələlərinə, sülh müqaviləsinin mətninin razılaşdırılmasına, “Sülh kəsişməsi” layihəsinin reallaşdırılmasına və humanitar məsələlərə, o cümlədən itkin düşənlərin taleyinin araşdırılmasına diqqət yetirəcəyik".
Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatından bildirilib ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, bu ay, Azərbaycanın təşəbbüsü və təklifi ilə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır.
Xatırladaq ki, N.Paşinyan Yeni il müraciəti zamanı bildirmişdi ki, “Real Ermənistan” sülh gündəliyinin konseptual, ideoloji əsası və əsaslandırmasıdır.
Onun sözlərinə görə, “Real Ermənistan” ideologiyası olmadan sülh gündəliyinin həyata keçirilməsi mümkün deyil.
Tam oxu
Xəbəri oxu