Prosineçki məhkəmə qarşısında

08.04.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki problemlə üzləşib.

QOL.az "Milliyet"ə istinadən  xəbər verir ki, hazırda Monteneqro millisinin çalışdıran xorvatiyalı mütəxəssisin sahibi olduğu şokolad fabriki 360 min avro borca görə iflas olmaq təhlükəsindədir.

Artıq şirkətin borclu olduğu şəxslər məhkəməyə müraciət ediblər. Zaqreb Ticarət Məhkəməsi fabrik haqqında ilk iclasın vaxtını iyulun 1-nə təyin edib.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью