Icma.az bildirir, Avtosfer portalına istinadən.
Gecə saatlarında paytaxtın “20 Yanvar” metrosu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, iki “KamAZ” və dörd minik avtomobilinin iştirakı ilə Ziya Bünyadov prospektindəki tuneldə zəncirvari qəza qeydə alınıb.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qəza yerində hərəkət məhdudlaşıb və uzun tıxac yaranıb. İlkin ehtimallara görə, hadisəyə yola tökülən yağ səbəb olub.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.
Eltac Zülfüqaroğlu