Prospektdə ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi ANBAAN VİDEO

05.10.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Mərkəz sürücülərə yollarda qarşıya çıxa biləcək maneələrə diqqət yetirməyi və vaxtında düzgün ara məsafəsi saxlamağı tövsiyə edib. Bildirilib ki, təhlükəsiz ara məsafəsinin qorunması qəza riskinin qarşısının alınmasına və sürücünün maneədən yayınmasına imkan verə bilər.

Qurumun paylaşımında nəqliyyat vasitəsində texniki nasazlıq yarandığı halda da təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyi vurğulanıb. Belə vəziyyətdə sürücülər vaxt itirmədən avtomobilin arxasında ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırmalıdır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi qeyd edib ki, bu qaydalara əməl edilməməsi yalnız nasaz avtomobilin sürücüsünü deyil, yoldan istifadə edən digər şəxsləri də qəza təhlükəsi ilə üz-üzə qoya bilər.

Sürücülərdən yolda diqqətli olmaq, qarşıdakı maneələri vaxtında görmək və təhlükəsizlik tələblərinə əməl etmək xahiş olunur.

Eltac

bax.tvhttps://player.bax.tv/embed/227547.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью