Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paytaxtın Nizami rayonunda sürücülərdən birinin pzoduğu qayda avtomobilin kamerasına düşdü.
Avtosfer.az xəbər verir ki, Heydər Əliyev prospektinin Nizami rayonu ərazisindən keçən hissəsində bahalı avtomobil idarəçisi öz zolağı ilə hərəkət edən sürücüyə mane olub. Belə ki, 99-MM-833 nömrə nişanlı “Lixiang” markalı maşının sürücüsü Heydər ƏIiyev prospektinin əsas yolunda 3-cü zolaqla hərəkət edən avtomobilə sağdan yaxınlaşıb. Daha sonra önündəki avtomobillə məsafəni azaldaraq iki maşının arasına girib. Qayda pozuntusu fevralın 4-ü axşam saat 4-5 radələrində qeydə alınıb.
Qeyd edək ki, belə qayda pozuntuları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cəriməyə səbəb olur.
Səfər
Oxunub 172