Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Nizami rayonununda piyadavurma hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə iyunun 14-də, saat 12:50 radələrində Qara Qarayev prospektində baş verib.
Belə ki, ''Hyundai Elantra'' markalı avtomobilin sürücüsü nəqliyyat vastəsini arxa-arxaya verərkən yolda dayanmış qadını vurub. Zərbənin təsirindən piyada yerə yıxılıb. Qəzadan sonra sürücü və yaxınlıqda olan vətəndaşlar zərərçəkmişə kömək edib. Xoşbəxtlikdən piyada ağır xəsarət almayıb.
Daha sonra isə hadisəni törədən sürücü qadını tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya aparıb.
Fatimə Dadaşova