Prospektdə diqqətsiz sürücü maşını vurmaqdan son anda yayındı VİDEO

03.02.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü qeydə alınıb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında baş verib.

Belə ki, 90-FX-528 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sağa manevr edib.

Nəticədə o, həmin zolaqdakı nəqliyyat vasitəsinə qəza təhlükəsi yaradıb.

Qeyd edək ki, görüntünü qeydə alan sürücü videonu osial şəbəkə hesabında paylaşıb və avtobus zolağına icazə verilən vaxtda daxil olduğunu bildirib.

Xatırladaq ki, qanunvericiliyə görə, hər bir sürücü yalnız zolağın tam boş olduğundan əmin olduqda manevr edə bilər.

Nərmin

Oxunub 232

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью