Prospektdə “Honda” qayda pozan “Changan”a çırpıldı VİDEO

20.05.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Neftçilər prospektində (Azneft dairəsinin yaxınlığında) yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 20-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-UO-212 dövlət nömrə nişanlı “Honda” markalı avtomobil, 77-QF-832 dövlət nömrə nişanlı “Changan” markalı maşınla toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “Changan” sürücüsünün manevr qaydasını pozması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью