Prospektdə idarəetmədən çıxan “Prado” işıq dirəyinə çırpıldı VİDEO

05.06.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 5-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Qəzaya uğrayan avtomobil evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью