Prospektdə mopedlə əks yola çıxan sürücü avtomobillərə təhlükə yaratdı VİDEO

07.07.2026

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti qaydalarını kobud şəkildə pozan moped sürücüsü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 3-də saat 15:24 radələrində qeydə alınıb. Görüntülərdən məlum olur ki, “Wolt” çatdırılma şirkətinin kuryeri idarə etdiyi mopedlə əks istiqamətli hərəkət zolağına çıxaraq axına qarşı sürüb. Bu zaman o, qarşı istiqamətdən gələn avtomobilin sürücüsü üçün təhlükəli vəziyyət yaradıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitəsinin hərəkət istiqamətinin əksinə idarə olunması və qarşı hərəkət zolağına çıxılması yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə hesab olunur. Xüsusilə intensiv nəqliyyat axınının müşahidə edildiyi prospektlərdə bu cür davranış ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью