Prospektdə qayda pozan “Qazel” qəzaya səbəb oldu Anbaan video

28.05.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Paytaxtın Babək prospektində yol hərəkəti qaydalarını kobudcasına pozan yük avtomobilinin sürücüsü qəzaya səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntülər zərərçəkmiş avtomobilin videoqeydiyyat cihazı tərəfindən lentə alınıb.

Məlum olub ki, “Qazel” markalı yük avtomobilinin sürücüsü birdən-birə 3 zolaq dəyişərək qəfil dönmə hərəkəti edib. Nəticədə həmin avtomobil öz yolu ilə gedən minik avtomobili ilə toqquşub.

Xoşbəxtlikdən avtomobillərə ciddi zərər dəyməyib və xəsarət alan olmayıb.

Hadisə anının görüntülərini təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью